Vətənin Payız Xatirəsi Şiiri
Vətənin Payız Xatirəsi
Hər addım başında yazılan hünər,
Hər addım başında dastana döndü.
Bir üzük qaşıtək nazik diləklər
Bir güllə ucunda yerə gömüldü.
Sənin harayına qaçdıq hamımız,
Vətənçün tökülən axı qan nədir?
Bizim düşmənimiz olsa da belə,
Türkiyə hər zaman bizə can dedi.
Tükənməz sevgilər keşiyindədir,
Səpilən ümidlər canından keçir.
Səni ayıranlar indi dünyada
Utanıb, məhv olur kənardan keçir.
Zəfər tarixini yazır ulduzlar,
Min şəhid qanına boyanır vətən.
Bu axşam səmada qəribə hiss var,
Doğur, günəş kimi oyanır vətən.
Bu dəmir yumruğun təsiri böyük,
Tarix yaddaşında daşıyacaqdır.
Hər gələn fəsildə hər gələn ildə
Payız xatirəsi yaşayacaqdır.
Elşən Təhməzov
Şiir Teması (Konusu): Vatan hakkında
189 kez okundu.